“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynliyə ağır itki üz verib. Onun anası dünyasını dəyişib.

Bu ağır itki ilə əlaqədar Vüsalə xanıma və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Mərhum bu gün Bakıda dəfn ediləcək. Üç və yeddi mərasimi iyulun 28-də saat 11:00-dan etibarən Həzrət Əli məscidində keçiriləcək.

Allah rəhmət eləsin, ruhu şad olsun!