Milli Məclisin deputatı Səbinə Salmanovanın ailəsinə ağır itki üz verib.

QHT.az Musavat.com-a istinadən  xəbər verir ki, deputatın atası Qədir Salmanov vəfat edib.

Mərhumla vida mərasimi sabah keçiriləcək. O, Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Mərhumun üç mərasimi isə iyulun 8-də saat 11:00-da Bakıdakı Heydər məscidində keçiriləcək.

QHT.az  kollektivi mərhum Qədir Salmanova Allahdan rəhmət diləyir, deputat Səbinə Salmanovaya, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.