2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşlərdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, YAP Gənclər Birliyinin üzvü Nərmin Qocaman, AZTV-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, şəhid atası Baloğlan Ağamalıyev, təşviqat qrupunun üzvü Könül Məmmədova çıxış ediblər.

"Kür-Xəzər" xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə orduda aparılan islahatlardan söz açıb, hərbi qulluqçuların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu bildirib: “Hər kəsi seçkilərdə aktiv iştirak etməyə, vahid namizəd İlham Əliyevə səs verməyə çağırıram”.

Şəhid atası Baloğlan müəllim çıxış edərək bildirib ki, Akif Kərimov 2022-2023-cü ildə Bankə qəsəbəsində 120 ailəyə qaz çəkdirib, dəstək olub: “Su defisiti olan vaxtı maşınlarla bizə su gətizdirib. Buna görə minnətdarıq”.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad olunması ordunun maddi-texniki təminatının, fiziki və psixoloji hazırlığının yüksək səviyyədə olduğunu nümayiş etdirir. Həmçinin tədbirdə çıxış edənlər əldə olunun tarixi qələbədə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının, eyni zamanda onların ailə üzvlərinin fədakarlığını diqqət çəkiblər. Məhz onların sayəsində bütöv Azərbaycanın qalib vətəndaşı kimi hər kəs qürurludur.

Seçicilər Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına şanlı Zəfər bəxş etməsini tarixi hadisə adlandırıblar. Onlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduqlarını, qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

 

 

Pərvanə Fərhadqızı