“Azərbaycanda gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda dövlətimiz gənclərə böyük dəstək verir. Bu gün gənclərimiz öz sahəsində, fəaliyyətində inamla çalışırlar. İndi gənclərimiz, idmançılarımız beynəlxalq tədbirlərdə və yarışlarda iştirak edərkən tamamilə başqa bir həvəslə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.

Bu sözləri "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az –a açıqlamasında qeyd edib. Onun sözlərinə görə, bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük və güclü gənclər təşkilatıdır: “Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırır, daim yeniliyə can atır, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır, bir sıra aktual sosial aksiyalar həyata keçirir”.

 

Pərvanə Fərhadqızı