“Biz də sülhün tərəfdarıyıq, ermənilərlə bir yerdə yaşamışıq. Lakin torpağı, ölkəni, milli dəyərləri "satıb" sülhdən danışmaq olmaz. Yalnız “sülh”, “sülh” hayqırmaqla olmur”.

QHT.az xəbər verir ki, sosial şəbəkələrdə “No war”, yəni müharibəyə yox! ifadəsinin gənclər tərəfindən səsləndirilən şüarına “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə də bu sözlərlə öz münasibətini bildirib. QHT sədri qeyd edib ki, əgər sən bu gün bir qarış torpağını belə kimlərəsə pay verməyə hazırsansa, bu Azərbaycançılıqdan uzaqdır: “Heç olmasa şəhidlərimizin qanından utansınlar. Onlar ömürlərindən bu gənclərə, bu yetkin şəxslərə görə keçib torpaqlarımızı geri almayıblar ki, indi onlar desin ki, bizə bu torpaqlar, müharibə lazım deyildi. Bir sözlə Allah ölkəmizi bu cür düşmən dəyirmanından bəhrələnən satqınlardan qorusun!”.

 

Pərvanə Fərhadqızı