Vətəndaş cəmiyyəti təşkilatları (QHT-lər) üçün iyul ayında müxtəlif beynəlxalq donorlar tərəfindən 20-dən çox yeni qrant və tərəfdaşlıq proqramı istifadəyə verilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, elan olunan maliyyə imkanları insan hüquqları, demokratik idarəetmə, gender bərabərliyi, iqlim dəyişikliyi, sosial inklüzivlik, yerli icmaların inkişafı və vətəndaş iştirakının gücləndirilməsi istiqamətlərini əhatə edir. Proqramlar həm yerli, həm də beynəlxalq qeyri-hökumət təşkilatlarının layihələrini dəstəkləməyi hədəfləyir.  

Açıq çağırışlar arasında Afrika, Türkiyə, Namibiya, Zimbabve, Surinam, Serbiya və digər ölkələrdə fəaliyyət göstərən QHT-lər üçün xüsusi qrant müsabiqələri yer alır. Bəzi proqramlar gənc vətəndaş cəmiyyəti liderlərinin inkişafına, digərləri isə insan hüquqlarının müdafiəsi, yaxşı idarəetmə və sosial inkişaf layihələrinin maliyyələşdirilməsinə yönəlib.  

Ekspertlərin fikrincə, beynəlxalq donorların yeni maliyyə çağırışları vətəndaş cəmiyyəti institutlarının potensialının artırılması, ictimai təşəbbüslərin genişləndirilməsi və davamlı inkişaf məqsədlərinə töhfə verəcək layihələrin həyata keçirilməsi üçün mühüm imkan yaradır.  

Qeyd edək ki, müraciət tarixləri proqramdan asılı olaraq iyul, avqust və sentyabr aylarınadək davam edir və hər çağırış üzrə iştirak şərtləri fərqlənir.