BMT-nin himayəsi altında fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarının iştirakı ilə iyul ayı üçün növbəti NGO Action News bülleteni yayımlanıb. Sənəddə Qəzza zolağındakı humanitar vəziyyət, əhalinin əsas ehtiyacları və gələcək dəstək istiqamətləri müzakirə olunub. 

QHT.az xarici mediaya istinadən xəbər verir ki, bülletendə humanitar yardımın fasiləsiz çatdırılması, mülki əhalinin müdafiəsinin gücləndirilməsi və beynəlxalq hüququn tələblərinə əməl olunmasının vacibliyi vurğulanır. Sənəddə həmçinin beynəlxalq qeyri-hökumət təşkilatları ilə BMT qurumları arasında əməkdaşlığın genişləndirilməsi və bölgədə uzunmüddətli humanitar dəstəyin davam etdirilməsi məsələləri ön plana çıxarılıb. 

Müzakirələr zamanı vətəndaş cəmiyyəti nümayəndələri humanitar ehtiyacların artdığı şəraitdə beynəlxalq ictimaiyyətin koordinasiyalı fəaliyyətinin əhəmiyyətini qeyd ediblər. Bülletendə gələcək dövr üçün prioritet istiqamətlər və humanitar fəaliyyət planları da öz əksini tapıb.