Forus və European Center for Not-for-Profit Law Avropa İttifaqının birgə maliyyələşdirdiyi Civil Society Alliances for Digital Empowerment layihəsi çərçivəsində Rəqəmsal Hüquqlar Mübadilə Proqramına müraciət qəbulunu elan edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, proqram rəqəmsal hüquqlar sahəsində çalışan Qlobal Şimal və Qlobal Cənub ölkələrindən olan vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Seçiləcək üç QHT cütlüyü üç günlük maliyyələşdirilən görüşdə iştirak edərək rəqəmsal hüquqlarla bağlı ortaq problemləri müzakirə edəcək və birgə siyasət və vəkillik strategiyası hazırlayacaq.
Təşkilatçıların bildirdiyinə görə, proqram internet idarəçiliyi, süni intellektin tənzimlənməsi, rəqəmsal inklüzivlik, platformaların məsuliyyəti, şifrələmə və rəqəmsal nəzarət kimi mövzularda beynəlxalq əməkdaşlığı təşviq etməyi nəzərdə tutur.
Müraciət etmək istəyən təşkilatlar üçün son tarix 2 avqust 2026-cı il müəyyən edilib.
Piranə Xasiyeva












