Yamaykada fəaliyyət göstərən “Kingston Creative” qeyri-hökumət təşkilatı UNESCO-nun 2026-cı il Aschberg Proqramı çərçivəsində maliyyə dəstəyi qazanan ilk Karib QHT-si olub. 

QHT.az xarici mediaya isitnadən bildirir ki, təşkilat dünyanın müxtəlif ölkələrindən daxil olan 1068 müraciət arasından seçilən 16 qalib layihədən biri kimi qiymətləndirilib. Layihə çərçivəsində Karib regionunda yaradıcı sənaye nümayəndələrinin hüquqlarının müdafiəsi, iqtisadi dayanıqlılığının artırılması və təbii fəlakətlərə hazırlığının gücləndirilməsi istiqamətində fəaliyyət həyata keçiriləcək. 

UNESCO-nun məlumatına görə, proqram Norveç hökumətinin dəstəyi ilə həyata keçirilir və ümumilikdə 750 min ABŞ dollarından çox vəsait yaradıcı peşə sahiblərinin sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. “Kingston Creative” təşkilatının həyata keçirəcəyi CARE proqramı əvvəlcə Yamaykada, daha sonra Trinidad və Tobaqo ilə Barbadosda icra olunacaq.