“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllülük proqramının “Liderlik ayı” çərçivəsində RİİB-in Şəki-Zaqatala, Mərkəzi Aran regionları üzrə könüllülərinin iştirakı ilə tədbir keçirilib.
QHT.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində təşkil olunan tədbir təlimçi Pərvanə Məmmədovanın “Liderlik nədir və effektiv liderin xüsusiyyətləri” mövzusunda təlimi ilə başlayıb. Sonra könüllülər şəbəkələşmə və komanda quruculuğu oyunlarına qatılıb, təqdimatlar hazırlayıblar.
Tədbirin qonağı olan Birinci Yüksəliş müsabiqəsinin qalibi Fəxri Hüseynov könüllülərə öz təcrübə və karyera quruculuğunda qazandığı uğurlarlardan danışıb, gəncləri maraqlandıran sualları cavablandırıb.
Gün ərzində könüllülər, həmçinin təlimçi Fəxrəddin Abdullayev tərəfindən keçilən “Effektiv ünsiyyət” təlimində iştirak ediblər.










