UNEC-də əyani təhsil alan 905 tələbə üçün Yay semestri başladı və 02.09.2024-də bitəcək.

QHT.az xəbər verir ki, bu barədə UNEC rektoru professor Ədalət Muradov məlumat verib. Onun sözlərinə görə, Yay semestrinə UNEC-in 11 kafedrasından cəlb edilmiş müəllimlər 40 fənn olmaqla 63 qrupda tədris aparacaqlar: "Qiyabi təhsil forması üzrə Yay semestri isə 06.08.2024-də başlayacaq və hazırda qeydiyyat prosesi davam edir".