Deputat Vüqar İskəndərov Azərbaycan mətbuatının milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib.
QHT.az xəbər veriri ki, deputat, “Əkinçi” qəzetinin ideyalarının bu günə qədər davam etdiyini vurğulayıb, müstəqil milli medianın ictimai fikrin inkişafında müstəsna rol oynadığını qeyd edib və dövlət başçısının mətbuatın inkişafına verdiyi dəstəyi təqdir edib. Ulu Öndər Heydər Əliyevin hərbi və dövlət senzurasını ləğv etdiyini xatırladan V.İskəndərov, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın hazırlandığını bildirib.
Vüqar İskədərov ölkəmizdəki mətbuat yubileylərinin milli jurnalistikamızın dəyərini artırdığını vurğulayıb.










