“Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihənin icrasına başladı

 

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas  məqsədi benefisiarların sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir. Layihə çərcivəsində  aşağıdakı işlər həyata keçirilməsi nəzərə tutulub: sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi; sosial qanunvericiliyə dair maarifləndirici bukletin və  sosial qanunvericiliyin əsas müddəalarına dair materialların hazırlanması və benefisiarlara paylanması; Bakı və Gəncə və Mingəçevir şəhərlərində və Bərdə, Füzuli rayonlarında “Ödənişsiz hüquqi yardım günü”nün təşkil edilməsi; aztəminatlı ailələrə COVİD 19 pandemiyası ilə əlaqədar olaraq ərzaq yardımı və tibbi ləvazimatlar paketinin paylanılması; layihədə nəzərdə tutulan fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi ilə bağlı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyyələr” adlı yekun sənəd hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilməsi.

 

Layihə çərçivəsində Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstəriləcək. Klinikaya iyul ayının 3-dən etibarən (karantin müddətində telefon və sosial şəbəkələr vasitəsilə) müraciət edilə bilər. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə Hüquq klinikasında qəbul günləri həftənin I- V günləri, saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir. 

 

Klinikanın ünvanı: Bakı şəhəri, A.M.Şərifzadə122/121

Əlaqə vasitələri: mob: 055 612 85 45, 012 310 37 78; www.facebook.com/sosialhuquqlar

 E-mail: [email protected]

Əlaqələndirici şəxs: Ülvi Əliyev