Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi (AİİYM) 2020–ci ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılığın artırılması və maarifləndirmə işinin təşkili” adlı layihəsini həyata keçirir.
Layihənin mahiyyəti əhalinin icbаri tibbi sığоrtа –tibbi yardım almaq hüququ, icbari tibbi sığortanın mahiyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və icbari tibbi sığorta sistemi subyektlərinin (sığorta olunanların, sığortalının, tibbi sığorta təşkilatlarının və tibb müəssisələrinin) statusu, icbari tibbi sığorta proqramı əsasında vətəndaşlara göstərilən tibbi xidmətin şərtlərini, növünü, həcmini (baza zərfini), tibbi sığorta şəhadətnaməsi, tibbi sığorta müqaviləsi sahəsində məlumatlılığın artırılmasından və maarifləndirilmənin aparılmasından ibarətdir. Layihə çərçivəsində icbari tibbi sığorta ilə bağlı maarifləndirici məlumatların hazırlanması, bu məsələlər üzrə ictimai müzakirələrin təşkili və əhali ilə görüşlərin keçirilməsi(Gəncə şəhəri, Qazax, Tovuz, Ağstafa və Sabirabad rayonlarında), icbari tibbi sığorta qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər zərfinin hazırlanaraq müvafiq orqanlara göndərilməsi həmçinin aztəminatlı ailələrə COVİD 19 pandemiyası ilə əlaqədar olaraq ərzaq və tibbi ləvazimatlar paylanılması nəzərdə tutulur. "












