Prezident İlham Əliyev Məcnun Qadir oğlu Məmmədovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

QHT. az  Oxu.Az-a istinadən  Məcnun Qadir oğlu Məmmədovun dosyesini təqdim edir.

 

Məcnun Qadir oğlu Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra o, Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.

 

Yeni təyinata qədər o, “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.

 

Məcnun Məmmədov həm də “PASHA Holding” MMC-nin tərkibinə daxil olan bir neçə şirkətə rəhbərlik edib.