Bütün xəbərlərhttps://qht.az/az/xeber/polis-olmaq-arzusu-uc-barmagi-kimi-kesilib-atildiAna səhifəXəbərlərBütün xəbərlərXəbərlərPolis olmaq arzusu üç barmağı kimi kəsilib atıldı15 İyul 2026, 13:34134 baxışOxu rejimiSI xülasəSaxla18 yaşlı Aqşinin acı həyat hekayəsindən vərəqlərArzusu polis olmaq, cəmiyyətin əmin-amanlığını qorumaq, qanunlara hörmət etmək və dövlətə sədaqətlə xidmət etmək idi. Deyirdi ki, bu peşə yüksək məsuliyyət, cəsarət və dürüstlük tələb edir. Uşaqlıqdan böyüyəndə kim olacaqsan sualına fəxrlə polis olacam deyirdi. Özünü kiçik yaşlarından buna hazırlayırdı. Lakin 2025-ci il mayın 2-si günü baş verən hadisə 17 yaşlı Aqşinin arzusunu barmaqları kimi ürəyindən kəsib atdı...2025-ci ilin mayın 2-də işğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlunun əlində əl qumbarasının partlaması xəbəri yayıldı. Verilən xəbərə görə, qumbaranın partladıcı mexanizminin partlaması nəticəsində 17 yaşlı şəxs sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.Aqşinlə, ailəsi ilə görüşmək üçün Tovuza üz tutduq. Suallarımız çox idi, qabaqcadan ondan nələri soruçacağımızla bağlı fikirləşməmişdik. Amma istəyimizə tam nail ola bilmədik. Çünki Aqşinlə həmsöhbət olmaq asan olmadı, çox gərgin idi. Danışmaqda çətinlik çəkirdi, hiss olunurdu ki, həmin hadisə gəncin bütün həyatını alt-üst edib, gələcəyə ümidini qırıb. Hərdən söhbətə anası müdaxilə edirdi.Aqşin deyir ki, həmin kəndə gedərkən yolda qumbara tapıb, əlinə aldığı zaman partlayıb: "Paslı bir dəmir əşyası idi, götürdüm əlimə, sən demə qumbara imiş. Partlayan kimi ağlaya- ağlaya qaçdım, köməyimə dayımgil gəldi. Əvvəlcə Xankəndidə, oradan da Bakıya apardılar..."Bir qədər danışığına ara verir, gözünü bir nöqtəyə zilləyib, 2-3 dəqiqədən sonra davam edir: "Hamı kimi mənim də arzularım vardı. Polis olmaq istəyirdim... Asayişi və insanların təhlükəsizliyini qorumaq şərəfli və məsuliyyətli bir işdir. Amma həmin o paslı qumbara bu arzumu ürəyimdə qoydu, indi əliləm, mənə anam qulluq edir, mən isə onlara qulluq edə bilmədim..."Aqşinin gərginliyini görən anası Lətafət xanım oğluna təsəlli verərək davam etdi. Dedi ki, Aqşin evin tək oğludur, bir bacısı var, həmin hadisədən sonra Aqşinin əzablı günləri başlayıb, indiyədək davam edir: "Onun bir qolu işləmir, özünü sərbəst idarə etməkdə çox çətinlik çəkir. Mən onu idarə edirəm, qulluğunda dayanıram, yuyuna bilmir, ayaqyoluna gedə bilmir, geyinə bilmir və s. Bir əli həmişə cibində olmaqla gəzir. Əsəbidir, psixoloji cəhətdən çox gərginlik içində olur, fikrini tam və sona kimi çatdıra bilmir. Üçüncü qrup əlildir, əl-ayağı əsir, çox vaxt özündə olmur. O hadisə Aqşinə böyük zərbə vurdu, həm əlil oldu, həm də psixologiyası pozuldu.Ana deyir ki, onu nəzarətsiz qoymaq olmaz. Əvvəllər 300 manat pensiya alırdı, bu Aydan isə 180 manat alır. Bu qədər məbləğ də heç onun dərmanlarını heç ödəmir...Ailə ilə görüşüb ayrılanda Aqşinın son sözü gənclərə diqqətli və məsuliyyətli olmaq mesajı oldu: "Mən bir gənc kimi diqqətsizliyin və məsuliyyətsizliyin qurbanı oldum. Bir anlıq ehtiyyatsızlığın necə böyük faciəyə çevrildiyini gördüm. Mənim bu acı həyat hekayəm gənclərimiz üçün bir mesaj, çağırış olmalıdır. Ani bir diqqətsizlikdən doğan hadisə bütün həyatınızı məhv edə bilər. Siz bu ağrını yaşamayın. Həyatınızı, gələcəyinizi, sevdiklərinizi qoruyun. Tanımadığınız şübhəli əşyalara yaxınlaşmayın, onlara toxunmayın və başqalarını da uzaqlaşdırın. Unutmayın, cəsarət təhlükəni düşünmədən getmək deyil, təhlükəni görüb düzgün qərar verməkdir. Mənim səsim sizə çatsın: bir addım atmadan əvvəl düşünün. Çünki sizin həyatınız çox qiymətlidir..."Uşaqlıq insan həyatının ən gözəl çağlarından biridir. Uşaqların arzuları, xəyalları və gələcəyə dair böyük ümidləri olur. Lakin mina terroru bu gözəl dünyanı bir anda dağıda bilir. Ən acınacaqlısı budur ki, mina müharibə bitdikdən sonra belə insan həyatı üçün təhlükə olaraq qalır. Günahsız uşaqların bilmədən toxunduqları bir əşya, atdıqları bir addım onların gələcəyini məhv edə bilər.Mina qurbanı olan hər bir uşaq bizə sülhün nə qədər vacib olduğunu xatırladır. Uşaqlar müharibənin deyil, sevginin və qayğının içində böyüməlidirlər. Onların əlində oyuncaq olmalı, mina qalıqları yox; gözlərində qorxu deyil, gələcəyə ümid olmalıdır.Bir uşağın yarımçıq qalan arzusu bütün cəmiyyət üçün böyük bir itkidir. Minalardan təmizlənmiş torpaqlar isə uşaqların təhlükəsiz gələcəyinə aparan yoldur.Cavid ŞahverdiyevYazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin həyata keçirdiyi “Mina terrorunun məsum qurbanlarının həyat hekayələri" layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.https://www.sendgb.com/ru/download/UxAa8qDTBRhReklamFotoqalereyaPaylaşBu xəbəri paylaşınqht.az/az/xeber/polis-olmaq-arzusu-uc-barmagi-kimi-kesilib-atildiGoogle AI-da araşdırOxumağa davam edinBu mövzuda"Stress, qorxu, həyəcan, əsəb içindəyik"18 yaşlı Nabatın acı həyat hekayəsiNövbəti oxuErmənistanın mina terrorunun daha bir məsum qurbanı - 12 yaşlı Hüseyn
19 Avqust 2026, 13:23Haitili fermerlər IDB-nin kənd təsərrüfatı proqramında daha çox söz sahibi olmaq istəyirlər
19 Avqust 2026, 13:17Bir təşəbbüskar xeyriyyə fondu kiçik ianələri necə daha böyük maliyyə dəstəyinə çevirir?
19 Avqust 2026, 13:09İqtisadçıdan sərt açıqlama: “İxtisas seçimini özü edə bilməyən savadsızlar 300 manat da versin”