Analitiklər şəhərləri ekologiya və davamlı inkişafla bağlı bir sıra meyarlara əsasən qiymətləndiriblər.
QHT.az xəbər verir ki, dünyanın ən yaşıl şəhərlərinin reytinqi açıqlanıb. Şəhərlər yaşıl sahələrin sayı, havanın keyfiyyəti, ictimai nəqliyyat, emissiya səviyyəsi və ekoloji siyasətə əsasən qiymətləndirilib. Reytinqdə birinci yeri Norveçin paytaxtı Oslo tutub. Şəhərdə sakinlərin 95%-i yaşıl zonalara yaxın yaşayır və ekoloji nəqliyyat geniş tətbiq olunur. İkinci yerdə Vilnüs, üçüncü yerdə isə Helsinki qərarlaşıb.
İlk onluğa həmçinin Vyana, Kanberra, Sidney, Stokholm, Sinqapur, Reading və Münhen daxil olub.
Ekspertlər bildirir ki, bu şəhərlərin uğuru yaşıl infrastruktur, ekoloji nəqliyyat və emissiyaların azaldılması sahəsinə yatırılan investisiyalarla bağlıdır.
R.İmanov






