Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayıb. Deputat bildirib ki, bu faciəyə beynəlxalq hüquq çərçivəsində lazımi qiymətin verilməsi əsas məqsədlərdən biri olmalıdır.
Pərvanə Vəliyeva BMT-nin 1948-ci ildə qəbul etdiyi Konvensiyanı xatırladaraq, Xocalıda törədilən kütləvi qətlin soyqırım aktı kimi təsnif edilə biləcəyini bildirib:
"BMT-nin Konvensiyasına əsasən, hər hansı etnik, dini və ya milli qrupa qarşı kütləvi qətl soyqırım hesab edilir. Ermənistanın Xocalıda törətdiyi cinayətlər bu konvensiyanın bütün tələblərinə cavab verir və beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməlidir. Ermənistanın Xocalıda törətdiyi cinayətlər bu konvensiyanın bütün tələblərinə cavab verir və beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməlidir. Xocalı faciəsi dünya miqyasında ciddi bir şok yaratdı. Lakin, beynəlxalq ictimaiyyətin reaksiyası o qədər də güclü olmadı. Bir çox ölkə və beynəlxalq təşkilatlar, bu faciəyə qarşı lazımi addımlar atmadı, bəzi ölkələr isə Ermənistanın hərəkətlərini görməzdən gəldilər. Bu, Xocalı faciəsinin, yalnız Azərbaycan xalqı üçün deyil, bəşəriyyət üçün də ciddi bir ədalətsizlik olduğunu bir daha göstərdi. Bəzi ölkələr və insan hüquqları təşkilatları bu faciəni soyqırım olaraq tanıdılar və bu barədə müxtəlif hesabatlar hazırladılar. Lakin beynəlxalq hüquq və siyasət sahəsində çox sayda bu faciə gözardı olundu, nəticədə Xocalı faciəsi, özünə layiq olan beynəlxalq hüquqi qiyməti ala bilmədi".
Deputat həmçinin bildirib ki, Prezident İlham Əliyev Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım olaraq tanınması və bu barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün ardıcıl olaraq mühüm addımlar atmışdır:
"Prezident öz çıxışlarında və beynəlxalq tədbirlərdə Xocalı faciəsinin dəhşətlərini və bu hadisənin erməni işğalçılığının nəticəsi olaraq baş verdiyini dəfələrlə vurğulamışdır. Xocalı faciəsinin il dönümlərində hər il təşkil edilən anım mərasimlərindəndir. Bu tədbirlər, yalnız Azərbaycanın deyil, həm də dünya ictimaiyyətinin bu faciənin unudulmaması üçün böyük əhəmiyyət daşıyır. Xocalı soyqırımının tanınması yalnız daxili siyasətin bir hissəsi deyil, həm də Azərbaycan diplomatiyasının beynəlxalq sahədəki strateji məqsədidir. İlham Əliyev, müxtəlif beynəlxalq təşkilatlarda bu məsələnin qaldırılmasını davam etdirərək, Xocalı faciəsinin qurbanlarının haqqının bərpasına çalışır. Xocalı faciəsinin təbliğində həm dövlət, həm də qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərir".
Pərvanə Fərhadqızı
QHT.az






