ABŞ-nin “America First” xarici siyasəti fonunda inkişaf etməkdə olan ölkələrin daha çox öz resurslarına güvənməsi məsələsi yenidən aktuallaşıb. Bu yanaşma “özünə güvən” konsepsiyası və daxili resursların səfərbər olunması (DRM) ideyasını ön plana çıxarıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, DRM inkişaf sahəsində yeni anlayış deyil, lakin donor yardımlarının gələcəyi ilə bağlı dəyişikliklər onun əhəmiyyətini artırıb. Məqsəd ölkələrin xarici yardımdan asılılığını azaltmaq və öz inkişafını daxili imkanlar hesabına təmin etməsidir.
Bu yanaşma xüsusilə vergi sisteminin gücləndirilməsi, vergilərin daha səmərəli toplanması və qeyri-qanuni maliyyə axınlarının qarşısının alınmasını nəzərdə tutur.
Bununla belə, ekspertlər bildirir ki, bu proses asan deyil və zəif idarəetmə, korrupsiya və iqtisadi məhdudiyyətlər kimi problemlər səbəbindən uzunmüddətli islahatlar tələb edir.






