Avropa Yenidənqurma və İnkişaf Bankı (AİİB) Ukrayna, Fələstin əraziləri və Saxaraaltı Afrika kimi böhran bölgələrində inkişaf maliyyəsinin yeni şəraitə uyğunlaşdırılması imkanlarını müzakirə edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, AİİB-in 2026-cı il üzrə illik toplantısı Latviyanın paytaxtı Riqada keçirilib. Açılış mərasimində milli musiqi və rəqs nümunələri təqdim olunub.
Rusiyaya yaxın yerləşən Latviya Ukraynaya güclü dəstək nümayiş etdirən ölkələrdən biridir. Riqa şəhərində çoxsaylı Ukrayna bayraqları asılıb və bir neçə il əvvəl Rusiya səfirliyinin ünvanı yerləşən küçənin adı “Ukrayna Müstəqilliyi küçəsi” olaraq dəyişdirilib.
Toplantıda əsas müzakirə mövzusu müharibə və böhran şəraitində iqtisadiyyatların bərpası, investisiyaların artırılması və inkişaf maliyyəsinin yeni qlobal çağırışlara uyğunlaşdırılması olub.






