Süni intellektin qlobal idarəçiliyi yalnız ABŞ və Çin arasında rəqabətlə müəyyənləşməməlidir. Onların fikrincə, orta gücə malik ölkələr birgə fəaliyyət göstərərək bu sahədə daha balanslı beynəlxalq idarəetmə modelinin formalaşmasına töhfə verə bilərlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, məqalədə qeyd olunur ki, son hadisələr qlobal süni intellekt idarəçiliyindəki çatışmazlıqları üzə çıxarıb. ABŞ-nin Anthropic şirkətinin yeni süni intellekt modelinə xarici vətəndaşların çıxışını əvvəl məhdudlaşdırıb, sonra bərpa etməsi AI-nin milli təhlükəsizlik aləti kimi qiymətləndirildiyini göstərir. Eyni zamanda Çin yeni Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edərək bu sahədə daha geniş beynəlxalq iştirakın tərəfdarı olduğunu bəyan edib.
Müəlliflər bildirirlər ki, ABŞ və Çin arasında texnoloji rəqabət davam etdiyi bir vaxtda Qlobal Cənub ölkələri həm süni intellekt infrastrukturu, texnologiyaları və bazarlarına çıxış əldə etmək, həm də bu sistemlərin ictimai maraqlara uyğun idarə olunmasında söz sahibi olmaq istəyirlər.
Onların fikrincə, Cenevrədə keçiriləcək Qlobal Dialoq bu ölkələrin ortaq mövqe formalaşdırması və süni intellektin beynəlxalq idarəçiliyində təsir imkanlarını artırması üçün mühüm fürsət ola bilər.
Piranə Xasiyeva






