Beynəlxalq humanitar təşkilatlar bildirirlər ki, qlobal maliyyə çatışmazlığı milyonlarla böhran şəraitində yaşayan insana yardım göstərilməsini çətinləşdirir. Humanitar tərəfdaşların məlumatına görə, 2026-cı il üçün 252 milyon insana yardım göstərilməsi planlaşdırılır, lakin bunun üçün tələb olunan maliyyənin böyük hissəsi hələ də təmin edilməyib.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatlar xəbərdarlıq edirlər ki, maliyyə çatışmazlığı ərzaq, səhiyyə, təmiz içməli su və sığınacaq kimi həyati əhəmiyyət daşıyan xidmətlərin məhdudlaşdırılmasına səbəb ola bilər. Onların fikrincə, donor ölkələrin və beynəlxalq tərəfdaşların dəstəyi humanitar böhranların təsirinin azaldılması üçün həlledici əhəmiyyət daşıyır. 

Humanitar qurumlar beynəlxalq ictimaiyyəti yardım proqramlarının maliyyələşdirilməsini artırmağa çağıraraq, xüsusilə münaqişə və təbii fəlakətlərdən zərər çəkmiş əhalinin ehtiyaclarının diqqətdə saxlanılmasının vacibliyini vurğulayıblar. 

Piranə Xasiyeva