Sərhədsiz Həkimlər Təşkilatı Rusiyanın iyulun 2-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə endirdiyi genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumunu pisləyib.
QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatın bəyanatında bildirilir ki, hücumlar nəticəsində yaşayış binaları və mülki infrastruktur zərər görüb. MSF qeyd edib ki, təşkilatın əməkdaşları da Kiyevdə yaşayır və bu cür hücumlar humanitar yardım işçilərinin təhlükəsizliyini risk altına qoyur. Təşkilat münaqişə tərəflərini beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki əhalinin qorunmasını təmin etməyə çağırıb.
MSF vurğulayıb ki, davam edən hücumlar mülki əhalinin tibbi xidmətlərə çıxışını çətinləşdirir və humanitar vəziyyəti daha da ağırlaşdırır. Təşkilat zərərçəkənlərə tibbi və psixoloji yardım göstərməyə davam etdiyini bildirib.
Piranə Xasiyeva






