Sahil bataqlıqları, dəniz otları, manqrovlar kimi bir çox su elementləri ekoloji faydalara malikdir. Bu elementlər iqlim dəyişikliyinin səbəb olduğu yüksələn sulara və sərt havalara qarşı müdafiə və biomüxtəlifliyin təşviqi ilə yanaşı, qlobal istiləşmə ilə mübarizədə ən təsirli həll yollarından biri kimi qiymətləndirilir.
QHT.az xəbər verir ki, qabaqcıl bioloji tədqiqat jurnallarından birində dərc edilən araşdırmada dəniz çəmənliyinin tropik meşələrdən 35 dəfə daha sürətlə karbon udduğunu bildirilir. Beləliklə okean bitkiləri təbii "karbon sorucu" kimi böyük rol oynayırlar.
Sualtı çəmənliklər okeanın dibinin 0,2%-dən az hissəsini əhatə etməsinə baxmayaraq, okeanın ümumi karbon qəbulunun 10%-ni təşkil edir.
ABŞ-dakı tədqiqatçıların fikrincə, dəniz otunun ümumi miqdarı azalır və bu, tezliklə tükənmə riski yaradır.












