Yetkinlik yaşına çatmış kişilər və qadınlar, irqi, milli və ya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı eyni hüquqlardan istifadə edirlər. Nikah yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlana bilər. Ailə cəmiyyətin təbii və əsas özəyidir və o, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir (Maddə 16).
QHT.az xəbər verir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi BDU-nun Hüquq fakültəsi ilə birgə maddələrin sadələşdirilmiş izahlı videoçarxını hazırlayıb.
Pərvanə Fərhadqızı












