Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs tərəfindən “satınalmalar üzrə mütəxəssis” vəzifəsinə işə qəbulla əlaqədar müsabiqə elan edilir.

Tələblər:

• ali təhsil;

• dövlət satınalmaları sahəsində azı 3 il iş təcrübəsi;

• dövlət satınalmalarının vahid internet portalı ilə (https://etender.gov.az/) işləmək bacarığı;

• Windows əməliyyat sistemi və MS Office proqramlarından istifadə bacarığı.

Vəzifələr:

• dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq satınalmaların təşkili və keçirilməsi üzrə işlərin (satınalma komissiyasına zəruri təşkilati və texniki dəstəyin göstərilməsi, satınalmalarla bağlı bütün prosedurların, o cümlədən dəvətlərin, bildirişlərin və müqavilələrin göndərilməsinin dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilməsi, şərtlər toplusunun hazırlanması, elanların yerləşdirilməsi və s.) görülməsi;

• satınalma planının layihəsinin hazırlanması və təsdiq olunmuş planın dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;

• satınalmalara dair sənədlərin tərtib olunması;

• satınalma ilə bağlı yazışmaların aparılması;

• qalib təchizatçı ilə bağlanılacaq müqavilələrin hazırlanması;

• satınalmaya dair hesabatın tərtib olunması;

• malların tədarükü (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üçün Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin cari və yarana biləcək ehtiyaclarının öyrənilməsi, tələbatlarının proqnozlaşdırılması;

• satınalmalar sahəsində işlərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.

QHT.az xəbər verir ki, müraciət edən namizədlər arasından yalnız yuxarıda qeyd olunmuş tələblərə uyğun gələnlər müsabiqəyə dəvət olunacaqlar.

Maraqlanan namizədlər öz anketlərini (CV) [email protected] e-mailinə göndərə bilərlər.

Son tarix: 19.01.2024-cü il

 

R. İmanov