“Tərəfdaşlarımız əsasən, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi, Qazax-Tovuz Regional Təhsil İdarəsi, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsi, BDU Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Qazax Dövlət Rəsm Qalereyasıdır”.
Bu sözləri "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri, təşkilatın təsisçisi Tükəzban Süleymanova QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, gənclər siyasətində təhsil starteji istiqamətlərdən biri hesab olunduğuna görə bu istiqamət əsas hesab olunur. Bu, həmçinin Dayanıqlı İnkişaf İstiqamətlərindən biridir. Burada həm gənclərin maarifləndirilməsi, həm də istedadlı gənclərin aşkar edilməsi, tanıdılması prioritet məqsədlərdəndir.
Qeyd edək ki, İctimai Birlik 2013-cü ilin oktyabr ayının 22-də təsis edilib. 31 yanvar 2014-cü ildə isə dövlət qeydiyyatına alınıb. Fəaliyyəti dövründə təşkilat onlarla layihə və tədbir həyata keçirib. Fəaliyyət göstərdiyi yer Qazax rayonunu əhatə edir. Bugünədək Ağstafa və Şəmkirdə də layihələri olub. Təşkilat öz statusuna görə gənclər təşkilatıdır və fəaliyyət sahəsi əsasən gənclərlə işdən ibarətdir.
Pərvanə Fərhadqızı












