“Ölkənin və cəmiyyətin bütün sosial məsələlərinin həllində vətəndaş cəmiyyəti institutu kimi yaxından iştirak edərək bilavasitə aidiyyatı sahələrdə ön cərgələrdə olaraq daima bütün heyəti ilə vərəmin təsirindən əziyyət çəkən marginal qrupların, onların ailə üzvlərinin yanındadır”.
Bu sözləri “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, müalicənin daha qısa yollarının təbliği əsas istiqamətlərimizdən olaraq qalmaqdadır: “Təşkilatın missiyası “Biz insanlara yox, insanlığa xidmət edirik”, məramımız “Sağlam gələcək naminə hamılıqla birləşək, vərəmə qalib gələk”.
Qeyd edək ki, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi 2017-ci ildən fəaliyyət göstərir. Ölkənin ilk milli donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ardıcıl olaraq vərəm ilə düzgün mübarizənin və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri icra edir.
Pərvanə Fərhadqızı












