Rusiyanın məşhur "PolitRus" media-resursu tərəfindən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin müəllifi olduğu "Azərbaycanlıların Ermənistana qayıdışı. Reallıq və perspektivlər. Bakıdan baxış" yazısı dərc olunub.
QHT.az xəbər verir ki, yazıda qeyd olunub ki, vaxtilə vətənindən zorla qovulmuş və ya müəyyən şəraitdə tərk etməyə məcbur olmuş hər kəsin könüllü qayıtmaq hüququna malik olmasını tələb edən hüquqi konsepsiya olan geri qayıtma hüququ müasir insan hüquqları sisteminin təməl daşlarından biridir. Onun əsasları 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və 1965-ci il İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya kimi beynəlxalq hüququn fundamental müddəalarında öz əksini tapmışdır.
Ramil İskəndərli ümid edir ki, Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması iki ölkə arasında münasibətlərin normallaşmasından xəbər verəcək, Qarabağ bölgəsində yaşayan erməni əhalinin reinteqrasiyası prosesi üçün möhkəm zəmin yaradacaq.
https://www.politrus.com/20231219/azerbaycan-armenia-56/
Pərvanə Fərhadqızı












