Nigeriyada fəaliyyət göstərən U-Recycle Initiative Africa qeyri-hökumət təşkilatı “PlasticWize 2.0” layihəsi çərçivəsində dörd federal universitetdə 20 mindən çox tələbəyə plastik tullantıların idarə olunması və ətraf mühitin mühafizəsi üzrə təlimlər təşkil edib.  

QHT.az xarici mediaya istinadən bildirir ki, layihə çərçivəsində tələbələrə tullantıların çeşidlənməsi, təkrar emal, dairəvi iqtisadiyyat və iqlim dəyişikliyi ilə mübarizə sahəsində praktik biliklər verilib. Təşkilatın məqsədi universitetlərdə ekoloji məsuliyyətin artırılması və davamlı kampus modelinin təşviq edilməsidir.