“Azərbaycan dövləti hər zaman vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial layihələr və qəbul olunan qərarlar müxtəlif sahələrdə çalışan insanların maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir”.
Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri QHT.az-a açıqlamasında deyib.
Nadir Azəri bildirib ki, bu istiqamətdə səhiyyə sahəsində atılan son addım xüsusi əhəmiyyət daşıyır:
“Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı mühüm qərar qəbul edilib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Nəticədə 2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisinin əməkhaqları artırılıb.
Zəhra Ağayeva












