Filippində polis mədən kəşfiyyatına etiraz edən 11 yerli xalq nümayişçisini saxlayıb. Hadisə Nueva Vizcaya əyalətinin Kasibu şəhərində baş verib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Human Rights Watch məlumatına görə, Bugkalot/Ilangot və digər yerli icmalar may ayından etibarən mədən şirkətinin fəaliyyətinə qarşı dinc etiraz aksiyası keçirirdi. Polis avqustun 28-də qurulan barrikadanı dağıdaraq etirazçıları həbs edib. Onların hamısı sentyabrın 1-də girov qarşılığında azad edilib.

Human Rights Watch Filippin hakimiyyətini fəallara qarşı cinayət ittihamlarını dayandırmağa və ərazi ilə bağlı mübahisəni həll etməyə çağırıb.