Naxçıvan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb Beynəlxalq birlik Naxçıvandakı dinc sakinlərin problemlərinin, eyni zamanda blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib.
“Beynəlxalq Birlik, beynəlxalq təşkilatlar ədalətli yanaşma hissini çoxdan itiriblər. Onlar 400 minlik, yarım milyonluq əhalisi olan toplumun yaşadığı bir ərazini– Naxçıvanı blokadaya alınmasını 10 illərdir ermənilər tərəfindən hər cür təziqə, təhdidə, şantaja, təhqirə və s. məruz qalmasına, torpaqların Naxçıvan ərazisini işğal olunmasına göz yumublar. İndi gəlib “blokadadan” danışırlar. Beynəlxalq təşkilatların ədalətsiz yanaşmasının nəticəsidir”.
Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az –a açıqlamasında bildirib. O, qeyd edib ki, bu Azərbaycanın Naxçıvanla bağlı məsələsi neçənci dəfədir görürük Beynəlxalq Təşkilatlar ədalətli yanaşa bilmirlər: “Bu da onların daha bir təzahürüdür. Azərbaycan xalqının nə qədər soyqırıma, qırğınlara məruz qalmasına baxmayaraq, Beynəlxalq Təşkilatlar bu məsələlərə də göz yumublar. Ona görə də Naxçıvanın blokdasına görməyib, Qarabağda bir ovuc erməninin guya hümanitar fəlakət hesab edilməsi ilə bağlı hay –küy qoparan bu təşkilatların “tələbləri, bəyanatları, müraciətləri” Azərbaycan tərəfindən qəbul edilmir, rədd edilir. Azərbaycanın haqlı tələbləri qəbul edilənə kimi belə olacaqdır. Bu yanaşma ilə ermənilər, erməni havadarları bununla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan istər Naxçıvanla əlaqənin qurulması, istər Qarabağdakı erməni sakinlərinin təmin olunması ilə bağlı məsələləri özü təmin edəcəkdir”.
Qeyd edək ki, Ermənistan hələ də Naxçıvan əhalisini, yaşayış məntəqələrini müntəzəm atəşə tutur. Laçın yolunun guya bağlı olması barədə yalan məlumatlar verən beynəlxalq təşkilatlar hələ də Naxçıvanın blokadada qalması barədə məsələ qaldırmayırlar.
Pərvanə Fərhadqızı












