“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi “Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsilə beynəlxalq aləmdə təbliği” adlı sənədli filmin hazırlanması layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə layihənin icra müddəti üç ay nəzərdə tutulub.

Birliyin sədri Xatirə Vəliyeva QHT.az-a bildirib ki, çəkiləcək sənədli film Xankəndi şəhərindən olan 3 -4 dəfə məcburi köçkün həyatı yaşayan, itgini, girovu, vəhşicəsinə şəhid edilən ailələrin əcnəbi tələbə və gənclərlə görüşündən, canlı ünsiyyətindən bəhs edəcək: “Filim  Bakı şəhər və ətraf qasəbələrdə məskunlaşan Xankəndi ailələrində əcnəbi gənclərin iştirakı ilə lentə alınacaq. Layihənin məqsədi Xankəndi şəhərindən olan  erməni vandallarının Azərbaycan əhalisinə etdiyi işgəncə, dözülməz təhqir və məcburən yurdunu tərk etdirən erməniliyin bir xəstəlik olduğunu əcnəbi gənclər vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır”.

Məlumat üçün bildirək ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi bu günə qədər bir çox uğurlu layihələr icra edib.

 

Pərvanə Fərhadqızı