Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Bayramov  Şirvan şəhərində məskunlaşan Füzuli sakinləri ilə keçirdiyi fərdi vətəndaş qəbulu haqqında öz sosial şəbəkə hesabında paylaşım edib.

 

"Bu gün Şirvan şəhərində məskunlaşan Füzuli sakinləri ilə karantin rejiminin tələblərinə uyğun şəkildə fərdi qəbulu həyata keçirdik. 25-dən çox seçicinin qayğılarını dinlədik və müraciətlərlə bağlı yerində qərarlar qəbul etdik. 

Müraciətlər təhsil, sosial yardım, mənzil təminatı, məşğulluq, səhiyyə xidməti, əlillik dərəcəsinin alınması və digər mövzuda idi.

Görüşdə olan bəzi müraciətlər ilə bağlı yerində bir sıra digər dövlət qurumları ilə də telefon əlaqəsi saxladım və qaldırılan məsələləri qısa zamanda həll etməyə çalışdıq. Digər məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq."