Azərbaycanın tanınmış əlilliyi olan şəxslər sağlam ola-ola saxta yollarla əlillik dərəcəsi alaraq hər ay dövlətdən sosial ödənişlər əldə edən, güzəşt və imtiyazlardan yararlananlar barədə açıqlama verib.

QHT.az “Qafqazinfo”-ya istinadən  Qazi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmovun əmin açıqlamasını təqdim edir:

“Görəsən, o yalançı əlillər həqiqi əlilləri görəndə azca da olsa utanırlarmı?!! Sən bütün günü Allaha şükür eləməlisən ki, əlilliyin yoxdur, canın sağlamdır, daha gedib yalandan əlillik almaq nə deməkdir...Niyə sən yalandan əlil çıxıb dövlətdən qanunsuz yerə hər ay pul almalısan?! Belə şeylərə yol vermək olmaz. Hamımız da o yalançı əlilləri görürük ki, var, amma bircə dəfə qınamışıqmı onları? Yox. Düzdür Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlilliklərin aşkar edilərək ləğv olunması üçün ardıcıl işlər aparılır, minlərlə saxta əlillik ləğv olunub, düz də ediblər. Amma mən düşünürəm ki, saxta əlillik alanlara qarşı həm də cəmiyyətin bir qınağı olmalıdır”.