Çox vaxt həkimlər sarsıntıdan sonra fiziki fəaliyyətə məhdudiyyətlər qoyurlar. Miçiqan Universitetinin alimləri bunun boş yerə edildiyini müəyyən ediblər. Məhz idman belə xəstələrin sağalmasını xeyli sürətləndirə bilər.

QHT.az xəbər verir ki, zədədən sonra iki gün ərzində məşq etmək daha tez sağalmağa kömək edə bilər. Yataq istirahəti, sarsıntıdan sonra həkimin tez-tez təyin etdiyi şeydir. Amerika tədqiqatçılarının yeni işi sübut etdi ki, tam əksini etmək lazımdır. Deməli oxşar hadisələrlə üzləşmiş 1200-dən çox idmançı müayinə olunub. Onları idmandan uzaq xəstələrin göstəriciləri ilə müqayisə ediblər. Məlum olub ki, bərpa prosesi prinsipcə idmanla məşğul olmayanlar üçün ən pisdir.

Zədədən əvvəl idman edənlər və zədədən 7-10 gün sonra idmana qayıdanlar, sarsıntıdan sonra 48 saat ərzində idmana başlayanlara nisbətən 5 gün daha çox sağaldılar. Yəni təxminən iki dəfə uzundur.

 

Pərvanə Fərhadqızı