Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdəndir. Hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış və psixoloji vəziyyətdə geriləmələr formasında özünü göstərir.
Defektoloq-loqoped Nəsibə İsgəndərova QHT.az – a açıqlamasında bildirib ki, loqopedik müayinə və müalicə, geniş spektrumdakı problemlərə sahib insanların dil və danışıq bacarıqlarını yaxşılaşdırmaq məqsədilə tətbiq edilir: “Bu problemlər arasında gecikmiş dil inkişafı sözlərdə səslənmə problemləri, cümlə təşkil etmə problemləri və digərləri sayılabilir. Bu proses dil və danışıq bacarıqlarının yaxşılaşdırılmasına kömək edir”.
Nəsibə İsgəndərova həmçinin bildirib ki, nitqin sürətinin normadan sürətli və yavaş olması, kəkələmə, eşitmə, qavrama problemləri ilə əlaqədar nitqin inkişaf etməməsi, nitq pozuntuları, iflic, insult, udma, çeynəmə, nəfəs alma və digər nitq problemləri zamanı loqopedə müraciət etmək zəruridir.
Pərvanə Fərhadqızı












