Bakı şəhərinin Xətai rayonunda yerləşən 10 saylı qadın məslətəxanasında daha bir Ailə Otağının açılış mərasimi baş tutub.
Bu barədə "Ümidli Gələcək" Gənclər Təşkilatının icraçı direktoru Kama Seyidova QHT.az-a açıqlama verib.
O, qeyd edib ki, birliyimiz tərəfindən icra olunan "Səhiyyə müəssisələrində kişilərin prenatal qayğı və qulluq, habelə məsuliyyətli atalıq üzrə fəaliyyətlərə cəlb edilməsi” layihəsi Avropa İttifaqı, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin dəstəyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və TƏBİB ilə əməkdaşlığı ilə həyata keçirilir: “Ataların uşaqların sağlam böyüməsi və inkişafında iştirakının təşviqi və dəstəklənməsinə töhfə vermək məqsədilə Bakı, Lənkəran və Göyçay şəhərlərində müəyyən olunmuş poliklinikalarda tibb işçiləri və valideynlər üçün antenatal maarifləndirici materialların hazırlanması, habelə tibb işçiləri üçün antenatal qayğı ilə bağlı təlim kurslarının keçirilməsi təmin edilib".
Pərvanə Fərhadqızı












