Revmatizm xəstəliyi immun sistemi zəif olan uşaqlarda müalicə almadıqları təqdirdə inkişaf edir. Müalicə olunmasa uzun illər tədricən inkişaf edərək ağırlaşmalar verir. Uşaqlar ilk öncə oynaqlardakı ağrılardan şikayətlənirlər. Daha sonra əzginlik, halsızlıq, taqətsizlik, ürək döyüntüsü kimi şikayətlər valideyni narahat edir.
“Revmatoid artrid oynağın formasının dəyişməsi, səhərlər halsız vəziyyətin müşahidə olunması, damarlarda olan tutulmalar, qanqrena ilə müşaiət olunur. 200 -ə qədər oynaq ağrısı ilə müşahidə olunan xəstəlikdir. Belə xəstələrin ağrıları ən çox oynaq, əzələ, damar, həmçinin viseral orqanlardan ürək, böyrəklər, ağciyərlər və mərkəzi sinir sisteminin zədələnməsini misal göstərmək olar”. – bu sözləri Tibb elimləri doktoru, həkim- revmatoloq, professor Sahib Musayev QHT.az –a açıqlamasında bildirib. O qeyd edib ki, belə xəstələr tam ömrü boyu həkim nəzarəti altında olmalıdır. Əks halda bu proses pis ağırlaşma ilə nəticələnir.
Pərvanə Fərhadqızı












