19-20 dekabr 2024-cü il tarixlərində Minskdə "Mediasiya - cəmiyyətin problemlərinin həllində hüquqi vasitə kimi. Təcrübə və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

QHT.az xəbər verir ki, bu barədə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib. Onun sözlərinə görə, tədbir Müstəqil Dövlətlər Birliyinin İcra Komitəsinin təşkilatçılığı, Rusiya Federasiyası Ədliyyə Nazirliyi və Belarus Respublikası Hüquqşünaslar İttifaqının dəstəyi ilə təşkil olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Mediasiya Şurasını bu tədbirdə mediatorlar Tural Məmmədov və Venera Əsgərova təmsil edəcək. Konfransın yekunlarına əsasən MDB-yə üzv dövlətlərin mediatorlarının (mediasiya təşkilatlarının) qarşılıqlı fəaliyyətinə dair Niyyət Qətnaməsinin qəbul edilməsi planlaşdırılır.

 

Pərvanə Fərhadqızı