Quba 1 saylı MT-nın direktoru Hümmət Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) Quba Rayon Təşkilatının sədri Fidan Hüseynovanı ziyarət edib və Mediasiyanın inkişafı və perespektivləri barəsində fikir mübadiləsi aparılıb.

QHT.az xəbər verir ki, görüş zamanı Fidan xanım Quba 1 saylı MT-na və onun kollektivinə uğurlar diləyərək öz tövsiyyələrini verib. Fidan Hüseynova görüşün sonunda Təşkilatın direktoru tərəfindən üzərində Mediasiya Şurasının və Quba 1 saylı MT-nın loqosu əks etdirilən PLAKET hədiyyə edilib.

Fidan Hüseynova səmimi qəbul və dəstəyə görə Quba 1 saylı MT kollektivi adından təşəkkürünü bildirib.