2004-cü ildən Azərbaycan Ordusunun sıralarında xidmət edən Azad Zeynalov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli və Hadrut uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 26-da qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Azad Rafiq oğlu Zeynalov 1987-ci il martın 4-də Şərur şəhərində anadan olub. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azad Zeynalov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı












