“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) həyata keçirdiyi Könüllülük Proqramının “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İntellektual oyunlar” ayı çərçivəsində tədbirlər davam edir.

QHT.az xəbər verir ki, Proqram çərçivəsində Şamaxı rayonunda keçirilən növbəti intellektual oyunda iştirakçılara Azərbaycan Respublikasının Konstitusiyasının maddələri, insan hüquqları və azadlıqları, Azərbaycan tarixi və mədəniyyəti, dövlət müstəqilliyi, suverenlik, eləcə də milli-mənəvi dəyərlər və ictimai həyatla bağlı mövzuları əhatə edən suallar təqdim olunub. Oyunun sonunda iştirakçılara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, dövlətçilik prinsiplərinin təbliği, vətəndaş məsuliyyətinin gücləndirilməsi, eyni zamanda onların intellektual potensialını, analitik təfəkkürünü, komanda ruhunu və sürətli qərarvermə bacarıqlarını inkişaf etdirməkdir.