“QHT nümayəndəsi olaraq Abşeron rayonu və Bakı şəhərində 10-dan artıq məntəqədə müşahidəçi kimi seçki prosesində iştirak etdim. Seçkilərdə aktivliyi, yüksək səviyyədə təşkili qeyd etmək istəyərdim. Demokratik və şəffaf seçki mühiti hökm sürürdü. İlk dəfə idi ki, QHT sektoru prezident seçkilərində bu qədər aktiv idi. Təqribən 6 mindən çox vətəndaş cəmiyyəti təşkilatı nümayəndəsi müşahidəçi kimi iştirak edirdi”.
Bu sözləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Şuşada, Xankəndidə və digər işğaldan azad olunmuş ərazilərimizdə müstəqil Azərbaycan Dövlətinin Prezidentinin seçilməsi üçün vətəndaşlarımız səs verib.
Pərvanə Fərhadqızı










