Hər bir insan, qida, geyim, mənzil, tibbi qulluq və zəruri sosial xidmətlər də daxil olmaqla, onun özünün və ailəsinin sağlamlığının və rifahının qorunub saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olmaq hüququna və işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq halında və ondan asılı olmayan digər səbəblərə görə dolanışıq vəsaitlərini itirdiyi halda təminat hüququna malikdir. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər (Maddə 25).
QHT.az xəbər verir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi BDU-nun Hüquq fakültəsi ilə birgə maddələrin sadələşdirilmiş izahlı videoçarxını hazırlayıb.










