İyunun 14-də QHT TV-nin "İctimai Baxış" proqramının növbəti canlı yayımı reallaşıb.
Canlı yayımda Cəsarət Hüseynzadənin qonağı “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə və “Potensial” Sumqayıt Mütəxəssislər İctimai Birliyinin sədri Sahib Fərzəliyev olub. Xatırladaq ki, canlı yayım Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən “Evdə qalaq, bilgi alaq” aksiyası çərçivəsində “Koronavirus pandemiyası dövründə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin onlayn təbliği” layihəsi çərçivəsində baş tutub.












