Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai birliyinin sədri Mehriban Abdullayevanın müraciətinə əsasən onunla görüşüb, geniş fikir mübadiləsi aparıb.
Bu barədə QHT.az-a ictimai birliyin sədri Mehriban Abdullayeva məlumat verib. Təşkilat sədri bildirib ki, Qənirə Paşayeva ilə bu günümüzün qlobal problemi olan koronovirusla bağlı mübarizə istiqamətində gələcək işlərimizi müzakirə edib, məsləhətlər aldıq. Qənirə xanım həmişəki səmimiliyi ilə bizi dinləyərək, tövsiyələrini verdi.
Xəbərlər
Qənirə Paşayeva QHT sədrini qəbul edib












