Hindistanın “Chandrayaan -3” kosmik gəmisi avqustun 5-də Ayın orbitinə çıxıb və artıq Ayın səthinin ilk şəkillərini göndərib. 

QHT.az xəbər verir ki, uğurlu olarsa, Hindistan Ayın Cənub Qütbü yaxınlığında idarə olunan "yumşaq eniş" edən ilk ölkə olacaq. Chandrayaan-3 sistemlərinin normal işlədiyi bildirilib. Hindistanlı mütəxəssislər üçüncü dəfədir ki, Ayın orbitinə kosmik gəmini uğurla çıxarıblar.

Bu nöqtəyə gedən yol uzun və gərgin olub. İlk Ay stansiyası missiyası Chandrayaan-1 2008-ci ildə uğurla buraxıldı. İkincisi, Chandrayaan-2, 2019-cu ildə buraxıldı və eyni zamanda Vikram eniş aparatından istifadə edərək Pragyaan ay roverini Ay səthinə çatdırmağı planlaşdırdı, lakin uğursuz oldu.

 

Pərvanə Fərhadqızı