İtaliya sahillərində miqrant qayığının batması nəticəsində 41 nəfərin öldüyü bildirilib. 

QHT.az xəbər verir ki, qayıqda 3-ü uşaq olmaqla 45 nəfərin olduğu öyrənilib. Tunisin Safakes şəhərindən olan miqrantları daşıyan qayıq Lampeduza adasının yaxınlığında batıb.

Sahil Mühafizə qrupları 4 immiqrantı xilas edə bilib. Qayıq yola düşdükdən 6 saat sonra güclü dalğanın təsiri ilə aşıb.

 

Pərvanə Fərhadqızı